Xalq artisti Flora Kərimovanın doğum günüdür

Xalq artisti Flora Kərimovanın doğum günüdür
MƏDƏNİYYƏT
10:23 23.07.2025
267
Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür.
 
AZXEBER.COM xəbər verir ki, Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun 23-də anadan olub.
 
O, 54 yaşını qeyd edir.

1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b.) mahnıları başlıca yer tutur. Şairlərdən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Məmməd Araz, Vahid Əziz, Fikrət Qoca, Nəriman Həsənzadə və digərlərinin ən sevimli müğənnisi olan Flora Kərimovanın, onlarla həm də ailəvi dostluğu olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (Leyli və Məcnun (opera)|”Leyli və Məcnun”, Üzeyir Hacıbəyov) partiyasında çıxış edib (1966), "Qanun naminə” (1968) bədii filmində çəkilib.

Azərbaycan sənətkarlarından ilk dəfə olaraq Flora Kərimova 1993-1994-cü illərdə Türkiyədə geniş konsert proqramları ilə çıxış edərək, Türkiyənin ən prestijli musiqi proqramlarının qonağı olub.

Flora Kərimova 1992-ci il 17 Noyabr tarixində  Azərbaycan Respublikasının Xalq artisti adına, 2018-ci il 18 Oktyabr tarixində "Şərəfli Ömür” mükafatına, 2019-cu il 4 Mart tarixində "Golden People Awards” mükafatına layiq görülüb.

Aysel

 

 

 



OXŞAR XƏBƏRLƏR