Xalq artisti gizli videonu yayan saytları məhkəməyə verir

MAQAZİN
12:12 24.02.2014
1861
Qadınlarla çəkilən videoda müğənni romans ifa edirdi.
Ağadadaş Ağayev bir müddət əvvəl mətbuatda yayımlanan videogörüntüsü ilə bağlı məhkəməyə fevralın 28-də müraciət edəcək.
AZXEBER.COM xəbər verir ki, bunu aznews.az-a açıqlamasında xalq artisti Ağadadaş Ağayevin prodüseri Əzizağa Qurbanov deyib.
O bildirib ki, A.Ağayev qızının səhhətində yaranan problemlə əlaqədar Azərbaycanda olmadığından məhkəməyə gec müraciət edir:
“Hazırda qızının səhhəti normallaşıb. Amma müalicə prosesi davam edir”.
Xatırladaq ki, xalq artisti Ağadadaş Ağayevin görüntüləndiyi videoda müğənni sərbəst mühitdə və geyimdə “Sevgili canan” romansını ifa edir.
OXŞAR XƏBƏRLƏR