ABŞ-da daimi yaşayış hüququ verən "Greencard" lotereyasının qaliblərinin arasında hər il azərbaycanlıların sayı durmadan artır.
AZXEBER.COM haqqin.az-a istinadən xəbər verir ki, 2016-cı ildə bu lotereyanı qazanan azərbaycanlıların sayı 470, 2017-ci ildə 961, 2018-ci ildə bu rəqəm 1203-ə çatıb.
"Greencard"ın yeni qalibləri arasında çox məşhur insanlar var.
Azərbaycanın xalq artisti, "Natiq Ritm" qrupunun solisti Natiq Şirinov da ABŞ-da daimi yaşayış üçün lotereyanın qalibi seçilib.
Xalq artisti ilə yanaşı "Mister Azərbaycan" müsabiqəsinin 21 yaşlı modeli Şakir Əhmədzadənin də "Greencard" qalibi olduğu deyilir.