Xalq artisti ilə vida mərasimi keçirilib - fotolar

Xalq artisti ilə vida mərasimi keçirilib - fotolar
Bütün Xəbərlər
17:24 07.09.2015
1754

Xalq artisti İlham Əsgərovla vida mərasimi keçirilib. AZXEBER.COM Axşam.az-a istinadən  xəbər verir ki, APA-nın məlumatına görə, vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, aktyorun sənət dostları iştirak edib. Ə. Vəliyev çıxış edərək İ. Əsgərovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən, ömür yolundan danışıb və onun yoxluğunu Azərbaycan mədəniyyəti üçün itki kimi dəyərləndirib. Vida mərasimindən sonra İ. Əsgərovun cənazəsi dəfn olunmaq üçün Masallı rayonuna yola salınıb.

OXŞAR XƏBƏRLƏR