Xalq artisti Məleykə Əsədova istirahətə hazırlaşır.
Axşam.az-ın məlumatına görə, aktrisa "ATV Maqazin"ə açıqlamasında deyib:
"Litvaya sanatoriyaya gedəcəm. Daha sonra isə tura çıxacam. Bir neçə xarici ölkəni gəzəcəm. Amma hələ ki, teatrdakı işimiz davam edir".
M.Əsədova hər gün şəhər gəzintisinə çıxdığını da deyib:
"Hər gün axşam qızım Gülərlə dəniz kənarına gəzintiyə çıxırıq. Kim məni görmək istəyirsə, "Ağ şəhər" bulvarına gəlsin. Səyahəti çox sevirəm. Dünyanın hər yerinə getmişəm. Amma Bakı qədər gözəlini görməmişəm".