Xalq artisti: “Oturduğum yerdə əsirəm, dəqiq diaqnozum bilinmir”

MƏDƏNİYYƏT
16:46 05.07.2023
743
Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabil olaraq qalır.

Bu barədə Oxu.Az-a Xalq artistinin özü məlumat verib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib. Bir müddət müalicə aldıqdan sonra öz istəyi ilə evə buraxılıb.

Onun sözlərinə görə, havaların dəyişkən keçməsi səhhətinə ciddi təsir edir:

"Havalar dəyişkən keçir. Bu, mənə çox pis təsir edir. Yuxum yoxdur. Yata bilmirəm. Gün ərzində 4-5 dəfə dərman içirəm. Ay yarım xəstəxanada müalicə aldım. Hazırda evdəyəm. Gah başım gicəllənir, gah da tir-tir əsirəm. Baş gicəllənməyə görə, bir dəfə yıxıldım. Başımdan zədə də aldım. Dəqiq diaqnozum bilinmir. Mikro infarkt və insult da keçirmişəm”.

Ə.Həsənov bədənində "D” vitamininin çatışmadığını qeyd edib:

"Həkimə nadir hallarda müraciət edirəm. Baş gicəllənmə yenə də var. Oturduğum yerdə titrəyirəm. Deyilənə görə, bədənimdə "D” vitamini çatışmır. Hələlik evdə dərmanlar qəbul edirəm. Özümə gələndən sonra yenidən həkimə gedəcəyəm”.
Xalq artisti sonda onunla maraqlananlara təşəkkürünü bildirib:

"Məni unutmayıb, diqqətinizdə saxladığınız üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Ənvər Həsənov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir