Rusiyanın xalq artisti piyadanı vurub hadisə yerindən qaçdı

Rusiyanın xalq artisti piyadanı vurub hadisə yerindən qaçdı
MAQAZİN
12:48 27.02.2025
445
Rusiyanın xalq artisti Aleksandr Buinov Moskva vilayətində avtomobil qəzasına düşüb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, o, piyada keçidində 61 yaşlı qadını avtomobili ilə əzib.
 
Xalq artisti qadını vurduqdan sonra hadisə yerini tərk edib.
 
Qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
 
Məlumatına görə, 2017-ci ildən Aleksandr Nikolayeviçə 172 dəfə cərimə yazılıb, onlardan 112-si sürət həddinin aşılması ilə bağlı olub. Sənətçinin qanun pozuntularının ümumi məbləği 158 min rubl təşkil edib.
 
Buinova sonuncu cərimə yanvarın 22-də yazılıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR