Xalq artisti Qədir Rüstəmovun doğum günüdür

Xalq artisti Qədir Rüstəmovun doğum günüdür
MƏDƏNİYYƏT
11:36 20.11.2025
235
Bu gün xanəndə, Xalq artisti Qədir Rüstəmovun doğum günüdür.

AZXEBER.COM xəbər verir ki, Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub.
 
Unudulmuş xalq mahnılarımızdan bir çoxu sənətkarın ifası ilə yenidən həyat qazanıb.
 
Onun son dərəcə məharətlə oxuduğu "Sona bülbüllər”, "Apardı sellər Saranı”, "Laçın”, "Ay dili-dili”, "Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. 

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - "Rast”, "Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır.
 
Görkəmli xanəndənin milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət” ordeni ilə təltif edilib.

Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub.
 
Aysel
OXŞAR XƏBƏRLƏR