Xalq artisti: "Qızıma "Instagram" və "Tik-Tok"u qadağan etmişəm"

MAQAZİN
10:55 29.11.2021
681
Xalq artisti Məleykə Əsədova sosial şəbəkələri tənqid edib.

AZXEBER.COM xəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərlinin "Sənətdən kənar” proqramına qatılan ifaçı sosial şəbəkələrin sənəti ucuzlaşdırdığını və insanları tamamilə dəyişdiyini bildirib.

Əsədova yeganə övladı Gülərə feysbuk, instaqram və tik-tok kimi sosial şəbəkələrə girməyə icazə vermədiyini deyib:

"Sosial şəbəkələr sadəcə sənəti ucuzlaşdırmadı, eyni zamanda insanları da dəyişdi. Şəxsən mən qızıma tik-tok, feysbuk və instaqrama girməyə icazə vermirəm.

Özü də bilir ki, anası onun o platformalardan istifadə etməsini istəmir. Mən razı deyiləm ki, qızım sosial şəbəkələrdən istifadə etsin. Nə öyrənəcək mənim övladım oradan? Yaxşısı budur, çoxlu kitablar oxusun, oradan lazımi biliklər əldə etsin”.
 

 

 


OXŞAR XƏBƏRLƏR