Xalq artisti Ramiz Əzizbəyli reanimasiyadan palataya köçürüldü

MƏDƏNİYYƏT
14:01 27.02.2014
1352
Xalq artisti Ramiz Əzizbəyli reanimasiya və intensiv terapiya şöbəsindən palataya köçürülüb.
Xalq artistinin qızı Cəlalə Əzizbəylinin APA-ya verdiyi məlumata görə, aktyorun səhhəti orta-ağır olaraq qiymətləndirilir: “Xəstəxanaya gətirildiyi gündən hiss olunacaq dərəcədə irəliləyiş var. Hər halda, irəliləyiş olmasaydı, həkimlər palataya yerləşdirməyi lazım bilməzdilər”.
C.Əzizbəyli əlavə edib ki, xalq artistinin hələlik evə buraxılması planlaşdırılmır: “İnanmıram ki, həkimlər tezliklə evə buraxmağı məsləhət bilsinlər. 
Çünki müalicəsi uzun müddət xəstəxana şəraitində davam etməlidir”.
Qeyd edək ki, R.Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR