Azərbaycanın xalq artisti Röya Ayxan, musiqi platformalarında həftələrdir liderliyini qoruyan "Ağlama” adlı hitini bu dəfə fərqli tərzdə təqdim edib.
AZXEBER.COM xəbər verir ki, mahnının akustik versiyası Türkiyədə, tanınmış musiqiçi Sezgin Tellaoğlunun rəhbərlik etdiyi orkestrin müşayiəti ilə canlı olaraq lentə alınıb.
Kompozisiyanın musiqisi Nailə Mirəməmmədliyə, sözləri isə Gülağa Tənhaya məxsusdur. Röya bu dəfə əsəri daha dərin emosional qatlarla, minimal müşayiət və güclü vokal ilə təqdim edərək, dinləyicilərə mahnının ağrısını və duyğusunu fərqli şəkildə hiss etdirir.
Layihənin rejissoru tanınmış Kemal Başbuğ, operatoru isə Sezgin Denkçidir.