Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi

Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
MAQAZİN
21:54 08.07.2025
271
Azərbaycanın sevilən sənətçisi, xalq artisti Röya Ayxan sənətindən savayı xeyirxah əməlləri ilə də daim gündəmdədir. Bu dəfə o, təsadüfi qarşılaşma zamanı ürəkləri isidən bir addım atıb.

Belə ki, təyyarə səfəri zamanı Röya Ayxana yaxınlaşan gənc xanım ondan bacısı üçün əlil arabası istədiyini bildirib. Maddi imkanlarının məhdud olduğunu deyən həmin xanım, Röya xanımın daim insanlara yardım etdiyini bildiyini və ümidlə müraciət etdiyini qeyd edib.

Röya Ayxan isə bu çağırışı cavabsız qoymayaraq, həmin xanımın bacısına ən yaxşı keyfiyyətdə əlil arabası alaraq hədiyyə edib. Xeyirxahlığına görə minnətdarlıq hissi keçirən ailə, təşəkkürünü video şəklində sənətçiyə çatdırıb.

Bu hadisə bir daha sübut edir ki, Röya Ayxan yalnız səhnədə deyil, gündəlik həyatda da sevgi və mərhəmətlə seçilən nadir sənətkarlardandır.
Aysel

OXŞAR XƏBƏRLƏR