Xalq artisti Şəfiqə Axundova vəfat etdi

MƏDƏNİYYƏT
12:10 26.07.2013
6231

Şərqin ilk opera yazan bəstəkar qadını Şəfiqə Axundova bir neçə dəqiqə əvvəl vəfat edib.

Bu barədə AZXEBER.COM-a xalq artistinin müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat daxil olub.

Məlumata görə, 89 yaşlı Şəfiqə xanımın səhhəti bir neçə gün əvvəl sabitləşsə də, bu gün saat 12 radələrdində həyatını itirib.

Bəstəkar Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Ömürünün 90-cı yayını yaşayan Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb.

Bəstəkar 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Ş. Axundova "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

OXŞAR XƏBƏRLƏR