Xalq artisti sərxoş sürücüsünü işdən qovdu

MAQAZİN
11:44 10.12.2014
1519

Xalq artisti Məleykə Əsədova sərxoş sürücüsünü işdən qovub.“Düzünü desək” verilişinə açıqlama verən aktrisa sükan arxasında əyləşən adamın içki içməməli olduğunu deyib:

“İllərdir sürücü ilə işləyirəm. Bəzilərindən çox razı qalmışam. Eləsi var ki, 6-7 il sürücüm olub. Bu peşəylə məşğul olanlar çoxdur. Amma bəziləri ailə ilə necə işləmək lazım olduğunu bilmir. Sürücüm mütləq qayda-qanunlara riayət etməlidir. Uşağımı məktəbə aparıb-gətirir, diqqətli olmalıdır. Sonuncu sürücüm yaxşı ailədən olsa da, içki içirdi.Bir dəfə bacım və uşaqlarla dəniz kənarına getmişdik. Oturduq yedik, hesab gələndə siyahıda içki də var idi. Deyirlər ki, sürücü istəmişdi. Sən demə, kənarda oturub içirmiş. Məni evə aparacaq adamın içki içməsini qəbul etmirəm. Onu işdən çıxardım. Sükan arxasında oturan içki içməməlidir”.//axsam.az

OXŞAR XƏBƏRLƏR