Xalq artisti: Son ustadımızı da itrdik - VİDEO

Xalq artisti: Son ustadımızı da itrdik - VİDEO
MAQAZİN
14:39 01.08.2025
667
"Bir ustadımız qalmışdı, o da bizi tərk etdi".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib. 
 
"Arif müəllim hər birimizin doğması, əzizi idi. O, yaddaşlarımızda gözəl xatirələr ilə iz qoyub getdi. Onun biz bacılara hər zaman böyük hörməti və dəstəyi olub. Hər dəfə bizi görəndə deyərdi ki, "Siz bacılar tarixdə qalacaqsız, çünki siz düzgün oxuyursuz". Onun bircə o kəlməsi dünyaya dəyər idi.  O bizim hər birimizin ailəmizin üzvü kimi idi. Bir ustadımız qalmışdı, o da bizi tərk elədi. Tez-tez telefonla danışıqdır, son zamanlar artıq cavab verə bilmirdi deyə, gedib evində ziyarət etmişdik.
 
Bizi görəndə xoşbəxt olurdu, zarafatından qalmırdı. O, müəllimlik fəaliyyəti ilə yanaşı zarafatları ilə də yadda qalacaq. Övladının da dediyi kimi, Qarabağın azad olunmasını gördü və rahat getdi. Ağdamda mən onu görəndə hiss etdim ki, o çox xoşbəxt idi" deyə xanəndə bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR