Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarına yollanıb.
AZXEBER.COM xəbər verir ki, buna səbəb işgüzar səfərdir.
Pop ulduz 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə, mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub onların musiqiçiləri ilə yaxından tanış olub fikir mübadiləsi aparacaq.
Sevilən müğənni ilk olaraq Vaşınqtona gedib. Maraqlı anlar yaşayan estrada ulduzu şəhər gəzintisindən ləntə alınan görüntülərini şəxsi "İnstagram” hesabında paylaşıb.
Sənətçi "Parlament binası”nı, Vaşınqtonun küçələrini göstərib.
Ağayeva paylaşımına "Vaşınqtonda günəşli gün” rəyini yazıb.