Xalq artisti Vergilər Nazirliyinə üsyan etdi: Bir qəpik də verməyəcəm

Xalq artisti Vergilər Nazirliyinə üsyan etdi: Bir qəpik də verməyəcəm
MAQAZİN
16:33 15.07.2016
4150
Xəbər verdiyimiz kimi, ötən ay Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin siyahısını açıqlayıb.Adı borclular siyahısında olan tanınmışlardan biri də xalq artisti Gülyanaq Məmmədovadır. O, saytımıza açıqlamasında Vergilər Nazirliyini ittiham edərək, indiyədək vergi borcunu ödədiyini, dövlətə borclu olmadığını demişdi.Üstündən bir ay vaxt keçsə də, xalq artisti hələ də vergi borcunu ödəməyib.G.Məmmədova azvision.az-a açıqlamasında ona yazılan 5200 manat borcu imkansızlıqdan ödəyə bilmədiyini deyib."Qanuni vergi borcum nədirsə, onu ödəyirəm. Yazılan 5200 manata gəldikdə isə onu ödəmək imkanım yoxdur. VÖEN-im nə vaxtdan aktivdirsə, o vaxtdan ödəyirəm. 5200 manatı isə ödəmək niyyətində deyiləm. Deyilənə görə, üstünə faiz gəlir. Buna baxmayaraq, heç maraqlanmıram da. Mənə ən çox təsir edən adımın vergidən boyun qaçıran müğənni kimi siyahıya salınmasıdır. Mən boyun qaçırmamışam axı. Bu ayın 20-də 3 aylıq vergi borcumu ödəyəcəyəm. 5200 manata gəldikdə isə bir qəpik də vermək fikrim yoxdur".
OXŞAR XƏBƏRLƏR