Xalq artisti Yaşar Nuri Tiflisdə yad edildi

Xalq artisti Yaşar Nuri Tiflisdə yad edildi
MƏDƏNİYYƏT
09:14 27.11.2012
1887
Gürcüstan paytaxtındakı Redisson mehmanxanasında Azərbaycanın xalq artisti, görkəmli kino və teatr xadimi, istedadlı aktyor Yaşar Nurinin xatirəsi yad edilib.ARDNŞ-in Gürcüstan nümayəndəliyinin təşəbbüsü, “AZEBİ” İctimai Birliyinin və “Varlıq” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri, biznes adamları, gürcü ali məktəblərində təhsil alan gənclər, Azərbaycan səfirliyinin nümayəndələri və jurnalistlər, Gürcüstan parlamentinin deputatları iştirak edib.Tədbiri Gürcüstan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri, “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Hümmət açaraq səhnə tarixinin korifeyi Yaşar Nurinin 50-dən çox obrazlar yaratdığını, XX əsrin 70-ci illərdən bəri kino və teatr sahələrində qəhrəmanları canlandıran aktyorlardan birinin məhz Yaşar Nuri olduğunu bildirib. “O, özünün bu sənətdə korifeyliyini sübut edib. O, böyük aktyor və pedaqoq kimi dünya azərbaycanlıların, o cümlədən Gürcüstandakı azərbaycanlıların qəlbində daim yaşayacaq”.Sonra söz ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadəyə verilib. Ş. Mehdizadə çıxışında xatirə gecəsinə toplaşanların Yaşar Nuriyə böyük hörmət və məhəbbət bəslədiyini qeyd edib. “Biz Yaşar Nuri sənəti ilə, azərbaycanlı olmağımızla fəxr etməliyik. Bu sübut edir ki, biz mədəniyyətimizə böyük dəstək veririk”.Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. “Yaşar Nuri bizim bir araya gəlməyimizdə bir vəsilə olub. Bu gün biz Azərbaycan dövlətinə ona görə minnətdar olmalıyıq ki, o bizim mədəniyyətimizi yaşadır və inkişaf etdirir. Mən Yaşar Nuri yaradıcılığını tələbəlik illərindən sevirdim. Y. Nuri mənim yaddaşımda dramatik, psixoloji və komik obrazları oynayan istedadlı aktyor kimi qalıb. Yaşar Nuri itkisi Azərbaycan səhnəsinin nuru idi.”Tədbirdə “AZEBİ” İctimai Birliyinin icraçı direktoru Qaratel Allahverdiyeva, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının rejissoru Namiq Hacıyev, yazıçı Emin Elsevər, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova Yaşar Nuri haqqında ürək sözlərini deyiblər.Tədbirin sonunda Yaşar Nurinin iştirak etdiyi “Bəyin oğurlanması” filmi nümayiş etdirilib."Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası"nın vitse-prezidenti Tamar Lamparadze APA-ya açıqlamasında tədbirin Gürcüstan paytaxtında təşkil edilməsinə çox sevindiyini bildirib.“Arzu edərdim ki, belə tədbirlərə azərbaycanlı tələbələrlə birgə gürcü tələbələri də dəvət edilsin. Mən dəqiq bilirəm ki, gürcü tələbələri Azərbaycan mədəniyyətinə və incəsənətinə çox az bələddirlər. Buna görə də bu sahədə daha məqsədyönlü işlər görməli, Azərbaycan mədəniyyətini Gürcüstanda var gücümüzlə təbliğ etməliyik. Bu, mənim rəhbərlik etdiyim təşkilatın ən başlıca məqsədlərindən biridir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir