Xalq artisti yenidən İstanbula müalicəyə getdi

MƏDƏNİYYƏT
14:35 24.03.2014
1647
Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynov kimyaterapiya qəbul etmək üçün bu gün səhər İstanbula yola düşüb.

AZXEBER.COM xəbər verir ki, R. Hüseynovun xanımı Səbinə Hüseynovanın APA-ya verdiyi məlumata görə, diktor İstanbulda üçüncü kimyaterapiyanı qəbul edəcək. S. Hüseynova bildirib ki, xalq artisti martın 26-da Bakıya qayıdacaq: “21 gün fasilə ilə növbəti - dördüncü kimyaterapiyanı qəbul edəcək. Kimyaterapiyadan sonrakı fəsadları nəzərə almasaq, özünü yaxşı hiss edir. Səhhəti, sağlamlığı imkan verdi ki, İstanbula tək getsin”.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

OXŞAR XƏBƏRLƏR