Xalq artisti “Zalım”ın anonsunu verdi - VİDEO

MAQAZİN
10:32 18.10.2024
262
Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini təqdim etməyə hazırlaşır. 

AZXEBER.COM xəbər verir ki, pop ulduz bu dəfə "Zalım” adlı yeni mahnısı üçün kamera qarşısına keçib. O, yeni klipinin anonsunu şəxsi "İnstagram” hesabında paylaşıb.

Sevilən müğənni növbəti dəfə tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə biraraya gəlib.

Mahnının söz və musiqisi bəstəkar Camal Qurbanova məxsusdur.
 
Aranjemanını Emin Karimov edən layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Qeyd edək ki, klip yaxın günlərdə, məhz Xalq artistinin doğum günü ərəfəsində təqim olunacaq.
 

OXŞAR XƏBƏRLƏR