Xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür

Xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür
MƏDƏNİYYƏT
13:16 19.11.2025
313
Bu gün sənət dünyamızın parlaq simalarından biri, Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Zərnigar Fəti qızı Ağakişiyevanın doğum günüdür.

AZXEBER.COM xəbər verir ki, Zərnigar Ağakişiyeva 7 noyabr 1945-ci ildə Quba rayonunun Rustov kəndində dünyaya gəlib.

1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib.

O, 1973-cü ildə səhnəyə qədəm qoyaraq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ilk dəfə A. Ostrovskinin "Müdriklər” əsərində Mamayeva rolunu canlandırıb. Zərnigar xanımın səmimi oyunu və duyğulu ifası onu tamaşaçıların sevimlisinə çevirib.

Aktrisa həmçinin "Azərbaycanfilm”in istehsal etdiyi filmlərdə və televiziya tamaşalarında da yaddaqalan rollar ifa edib.
O, realist aktyor məktəbinin ən parlaq nümayəndələrindən biri sayılır.

Əvəzsiz sənət xidmətlərinə görə: 2000-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb, "Şöhrət” ordeni ilə təltif olunub, Azərbaycan SSR-nin Dövlət mükafatı laureatı olub.

Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə dünyasını dəyişib, 9 fevralda Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR