Xalq artistinin nəvəsi: “Onun anam yox, nənəm olduğunu öyrənəndə...”

MƏDƏNİYYƏT
14:58 08.04.2024
764
"Ömrümün hər dəqiqəsində nənəm yadıma düşür. Elə bir gün yoxdur ki, onu yada salmayım. Hər gün yoxluğu hiss olunur. Heç kim onun yerini vermir, onu mənə əvəz etmir. O mənə nənəlik yox, analıq edib. Anaların övladına etdiyindən də artığını nənəm mənim üçün edib”
 
AZXEBER.COM xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə deyib.
 
"Uzun illər sonra onun anam yox, nənəm olduğunu bildim. Uşaq idim, onu bizi birlikdə görən insanlar soruşurdular ki, nəvəndir? Deyirdi ki, xeyr, oğlumdur. Sonra qonşu qadınlar öz aralarında danışanda bildim ki, mən onun nəvəsiyəm. Amma bununla belə o doğmalıq, o hisslər mənim ona anaya olan münasibətimi dəyişmədi. Bəzən mənə deyirlər ki, "ailə həyatı quracaqsan, övladın olacaq, onu valideynindən də çox istəyəcəksən”. İnanmıram belə bir şey mümkün olsun”, - deyə nəvəsi Faiq deyib. 
 
Faiq İbadzadə nənəsinin sevdiyi filmlərindən də danışıb.
 
"Nənəmin ən çox sevdiyim ekran işi "Yerlə göy arasında” filmidir. O filmdə həqiqətən də ağlayıb. Çox çətin günlər yaşayırdı. Sanki o film onun başını qarışdırdı, onu xilas etdi. Filmdə öz dərdinə, acısına ağlayırdı. "Həm ziyarət, həm ticarət” filmindəki rolunu da çox sevirəm. Orada həddindən artıq səmimidir”, - deyə sənətkarın nəvəsi bildirib.
 
O daha sonra əlavə edib.
 
"Bu günlərdə nişanlanmışam. Nənəmin o vaxt görüb bəyəndiyi xanımla ailə həyatı quracağam. Çox istəyirdi onu. Deyirdi ki, "bu qızı sənə alacağam”. Hələ o vaxt həyatı dərk etmirdim. Həmişə deyirdi ki, "səni evləndirsəydim, ev alsaydım, dərdim olmazdı”. Qismət. Nuriyyə Əhmədova abırlı, ismətli xanım kimi yaşayıb, elə də bu dünyadan köçdü. Onunla bu gün də fəxr edirəm. Bu sənətdə hər cür adam olur. Onun adı mənim üçün hər zaman baş ucalığıdır. Nuriyyə Əhmədova haqqında bu gün hər kəs xoş danışır, onu ürək ağrısı ilə xatırlayırlar. Hər bazar günü məzarını ziyarət edirəm. Elə həftə olur ki, iki dəfə gedirəm”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb