Xalq artisti Teymur Mustafayevin nəvəsi Teymur Mustafayev ağır qəzaya düşüb.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Teymur Mustafayev dünən gecə saatlarında avtoqəza keçirib və ağır yaralanıb.
Onun bu gün əməliyyat olunacağı gözlənilir.
Qeyd edək ki, Teymur Mustafayev fəal gənclərdəndir.