Xalq artistinin səhhəti ağırlaşdı - Reanimasiyadadır

TOP4
15:13 03.12.2019
4014
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Lent.az -a açıqlamasında 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib. Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:

"Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.
 

 


OXŞAR XƏBƏRLƏR