Xalq artistinin səhhəti pisləşdi - Tamaşanın vaxtı dəyişdirildi

Xalq artistinin səhhəti pisləşdi - Tamaşanın vaxtı dəyişdirildi
MAQAZİN
12:17 12.01.2023
381
Xalq artisti Məleykə Əsədova səhhətində problem yaranıb.

AZXEBER.COM xəbər verir ki, xalq artisti Məleykə Əsədovanın səhhətində problem yaranıb. Bu haqda xalq artisti sosial şəbəkə hesabında status yazaraq məlumat verib. 
 
O, bildirib ki, səhhətində yaranan problemə o xəstəxanalardan birində müalicə alır və buna görə də tamaşanın vaxtı dəyişdirilib: "Tamaşaçılarıma bildirmək istəyirəm ki, səbirsizliklə gözlədiyiniz "Xurşudbanu Natəvan" tamaşası yanvarın 15-də olmayacaq. Son zamanlar yayılan qriplərin mənə də təsiri nəticəsində tamaşa ayın 26-na keçirilib. Allah izn versə 26-da varlığımla, sənətimlə, möhtəşəm Xurşudbanunun qəzəlləri ilə sizləri sevindirəcəyəm".
 
Günel


OXŞAR XƏBƏRLƏR