Xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq prosesi təxirə salınaraq aprel ayının 9-na təyin edilib. Bu barədə APA-ya İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib. Vəkil bildirib ki, qarşı tərəf məhkəmə prosesində iştirak etmədiyinə görə məhkəmə təxirə salınıb.N. Dostəliyevanın vəkili Yunus Vəliyev isə onlara məhkəmənin tarixi barədə məlumat verilmədiyini söyləyib. O, lazımi sənədləri toplayıb qarşı tərəfi məhkəməyə verməyə hazırlaşdıqlarını da açıqlayıb.