“Xalq Bank”ın xalis mənfəəti 10%-dən çox, kapitalı isə 25 mln. manatdan çox azalıb

“Xalq Bank”ın xalis mənfəəti 10%-dən çox, kapitalı isə 25 mln. manatdan çox azalıb
İQTİSADİYYAT
13:50 15.07.2024
933

"Xalq Bank" 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində "Xalq Bank"ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3% azalaraq 34 milyon 3 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 37 milyon 913 min manat xalis mənfəət əldə etmişdi.

 

Hesabat dövründə bankın faiz gəlirləri 24.2% artaraq 90 milyon 854 min manat, faiz xərcləri isə 73.5% artaraq 23 milyon 850 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 20.2 milyon manata ( illik müqayisədə 50% çox ), qeyri-faiz xərcləri isə 44.5 milyon manata ( illik müqayisədə 27.6% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 42 milyon 705 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12.5% çoxdur.

 

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0.4% artaraq 3 milyard 95 milyon manata çatıb. Cari ilin ilk 6 ayında "Xalq Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.5% və ya 64.3 milyon manat artaraq 1 milyard 891.2 milyon manata bərabər olub.

 

Bu dövrdə "Xalq Bank"ın cəmi öhdəlikləri 2 milyard 615.9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.5% və ya 37.6 milyon manat çoxdur. Hesabat dövründə bankdan 56 milyon manatdan çox depozit geri çəkilib. Belə ki, bankın depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) cari ilin ilk 6 ayında 2,5% və ya 56.2 milyon manat azalaraq 2 milyard 164.8 milyon manat olub.

 

Bu ilin altı ayı ərzində bankın kapitalında 25 milyon manatdan çox azalma olub. Belə ki, 2024-cü il iyul ayının 1-nə "Xalq Bank"ın cəmi kapitalı ilin əvvəlinə nisbətən 5% və ya 25.2 milyon manat azalaraq 479 milyon 93 min manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
22:50 14.08.2026
"Yaxın günlərdə təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı
22:37 14.08.2026
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qaldı
Bu bürclər iş təklifi alacaq
22:24 14.08.2026
Bu bürclər iş təklifi alacaq
Qubada 5 ballıq zəlzələdə xəsarət alan olub? - Açıqlama
22:18 14.08.2026
Qubada 5 ballıq zəlzələdə xəsarət alan olub? - Açıqlama