"Xalq bizi sevir, siz heç kimsiniz" - Şəbnəm

"Xalq bizi sevir, siz heç kimsiniz" - Şəbnəm
MAQAZİN
19:34 09.04.2019
9505
Müğənni Şəbnəm Tovuzlu son günlər gündəmdən düşməyən "bayağı ifaçı" qalmaqalına münasibət bildirib. 

AZXEBER.COM xəbər verir ki, Axşam.az-a açıqlama verən sənətçi Günay İbrahimli və Samir Cavadzadənin ünvanına sərt sözlər deyib. Şəbnəm bildirib ki, həmkarlarının bu cür açıqlamasını qeyri-etik hesab edir:

"Nədir bu yeni oxuyan ifaçılara qarşı olan aqressivlik? Özünü oxumağa, insanlara sevdirməyə çalışıb, sevdirə bilməyənlər nə istəyir? Xalq bizi sevir də, niyə qəbul etmirsiniz? Xalqdan artıq insansınız? Kimsiniz siz? Bir insanı xalq sevir, hər yerdə bizi görmək istəyir, şənliklərinə dəvət edirsə, başqa ölkəyə çağırırlarsa, niyə danışırsınız? Xalqın sevdiyi ifaçını təhqir edir, zövqsüz, bayağı deyirsiniz, siz xalqı da təhqir edirsiniz.

Bir görün özünüz hardan gəlmisiz, ortalığa çıxıb iş göstərin. Bir dəfə səhnəyə çıxıb alqış almaqla deyil. İfaçı odur ki, hər dəfə alqış ala, gündəmdə ola. 7 ildir oxuyuram, 5 ildir oxuduğum mahnılarla gündəmdə qalıram. Biri deyir, bayağı mahnı oxuyurlar. 

Özünün savadı nələrəsə çatmır, başqasını bəyənmir. Bizi 30 milyon izləyirsə, bəli, bu, xoşbəxtlikdir. Deyir, 30 milyon insan var? Ay Günay xanım, dünyanın hər yerində azərbaycanlı var. Hər yerə də biz gedirik, konsert də veririk, şənlikdə də oluruq. Savadı ora qədərdi ki, bu ifadəni işlədir. Azərbaycan milləti hər yerdə yaşayır.
 
Samirə gəldikdə... Samir heç normal ifaçı kimi tanımıram. Kamera görən kimi ona-buna söz atırlar, özlərini ağıllı göstərirlər. Şəxsən mənim üçün siz heç kimsiniz. Məni xalq sevir, dolandırır. Haranı açırsan, bizdən danışırlar. Mənim necə insan olduğum haqda siz söz deyə bilməzsiniz. Məni rus, alman dinləmir ki... Qulaq asan azərbaycanlılardır da... 

Oxumağa qalsa, bu dəqiqə estrada da, pop da, karifeylərin də ifaların oxuyub göstərərəm. Guya, bunlar elit təbəqədirlər. 

İnanın onlarla hardasa üz-üzə gələndə, az qala əlimdən öpələr. Niyə kamera qarşısında yekə-yekə danışırlar. Özünüzə bir baxın, sonra danışın". 

Qeyd edək ki, Günay "Ay Zaur" verilişinə açıqlamasında Şəbnəmlə bağlı suala "Dinləmirəm. Bayağı ifaçıdır" sözlərini deyib. 

Samir isə əməkdaşımızla söhbətində bayağı ifaçıları tənqid edib, onları musiqini korlamaqda günahlandırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
17:38 17.06.2025
İordaniya kralı: İsrailin İrana hücumları hamı üçün təhdiddir
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
17:16 17.06.2025
Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır