Amerikada bir yerli xalq imkansızı bacarıb.AZXEBER.COM-un məlumatına görə, əsrlərdir bölgədə yaşayan yerli xalqın Apurima çayını keçmək üçün tək çarələri iki dağ arasında uzunluğu 120 metr olan körpü salmaq olub.Lakin bu imkansız kimi görünüb. Çünki kənd sakinlərinin bu körpünü salmaq üçün nə imkanları, nə də texnikası olub.Bütün imkansızlıqlara baxmayaraq əhali bu çətin işin öhdəsindən gəlib. Kəndlilər öz güclərinə Cuzko bölgəsinin Qesvaçakaya kəndində körpü salmağa başladılar. Qadınlar körpüdə istifadə edilən lif ipi hazırlayıblar. Onlar metrələrlə uzunluğu olan qalın kəndirlər hörüblər. Kişilər də ölümcül uçurumda işlərini davam etdirib.Nəticədə yerlilər iki dağ arasında möhtəşəm körpü salmağa müvəffəq olublar.