'Xalq musiqisini bilməyən müğənni estradanı da yaxşı oxuya bilməz'

MAQAZİN
17:10 24.10.2013
1187
“Azerstar-2009”un qaliblərindən olan Elşən Cəfərzadə “Sev demə” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.
Bu barədə AZXEBER.COM-a məlumat verən Elşənin sözlərinə görə, mahnının bəstəkarı bir çox hit mahnıların müəllifi Pərviz Mahmudovdur. SözləriNadoya, aranjmanı isə Elvin Musayevə məxsus kompozisiyaya klip çəkilir.
Ekran işinin rejissoru Orxan Əlidir: “Çox sevindirici haldır ki, bu sənətdə təməlim xalq musiqisi üslubunda qurulub. Xalq musiqisini bilməyən müğənni estradanı da yaxşı oxuya bilməz”.
Professional səhnəyə “Azerstar” müsabiqəsindən başlayan E.Cəfərzadə Azərbaycanın karifey sənətkarlarından dərs aldığı üçün fəxr etdiyini də gizlətmədi: “Musiqi sənətinə xalq artistləri Əlibaba Məmmədov və Məmmədbağır Bağırzadənin xeyir-duası ilə çıxmışam. Əlibaba Məmmədovdan musiqi sənətinin əlifbasını, Məmmdəbağır Bağırzadədən isə bu sənətdə özümü ifadə etməyi öyrənmişəm.
M.Bağırzadə də Ə.Məmmədovun tələbəsi olduğu üçün Əlibaba müəllimin mənə öyrədəcəklərini Məmmədbağır müəllimdən öyrəndim. Vokal-estradanın sirlərini isə tanınmış bəstəkar Nailə Mirməmmədlidən öyrənmişəm. Nailə xanımın mahnılarından da ifa etmişəm. 10 yaşımdan musiqinin sirlərini öyrənirəm. Məqsədim yalnız bu sənətdə ustadlarımın öyrətdiyi kimi dinləyicilərə dəyərli və səviyyəli mahnılar təqdim etməkdir”.
OXŞAR XƏBƏRLƏR