Xalq şairi Rəsul Rzanın anım günüdür

Xalq şairi Rəsul Rzanın anım günüdür
MƏDƏNİYYƏT
14:41 01.04.2025
186
Xalq şairi Rəsul Rzanın anım günüdür.

AZXEBER.COM xəbər verir ki, şairin vəfatında 44 il ötür.
 
Rzayev Rəsul İbrahim oğlu 1910-cu ildə Göyçayda anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyub.

Onun "Bu gün" adlı ilk şeiri 1927-ci ildə "Qığılcım" almanaxında (Tiflis) dərc olunub.
 
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olmuş Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. 

Rəsul Rza 1981-ci il aprelin 1-də 70 yaşında Bakıda vəfat edib.
 
Şairin məzarı Fəxri xiyabandadır.
 
Allah rəhmət eləsin!
 
Aysel

OXŞAR XƏBƏRLƏR