Xalq artisti Səkinə İsmayılova ustad Arif Babayevin vəfatı ilə bağlı başsağlığı verib.
AZXEBER.COM xəbər verir ki, o, muğam sənətinin əvəzsiz siması, ustadı, həmkarı,ölməz sənətkar Arif Babayevin vəfatı xəbərindən dərin sarsıntı keçirdiyini bildirib:
"Muğam sənətimizin sütunu, Opera səhnəsinin "Məcnun"u, "Kərəm"i, "Şah İsmayıl"ı, "Camal"ı, ustad xanəndə Arif Babayev – ruhun şad, məkanın cənnət olsun. Ailəsinə dərin hüznlə başsağlığı verirəm".
Aysel