xari

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində!

İQTİSADİYYAT
16:38 19.02.2021
204
Lider mobil operatorun təşəbbüsü və dəstəyilə ən sevilən folklor incilərimizdən biri bloqer Azər Qəribin ifasında artıq Bookmate tətbiqində

AZXEBER.COM xəbər verir ki, "Azercell Telekom” MMC xalqımızın mədəni irsinin qorunub saxlanması, istər yazılı, istərsə də şifahi xalq ədəbiyyatı nümunələrinin daha müasir və dinamik şəkildə oxuculara çatdırılması sahəsində növbəti təşəbbüslə çıxış edib. Bilavasitə şirkətin təşəbbüsü ilə ərsəyə gələn son layihə çərçivəsində isə xalqımızın vətənpərvərlik və qəhrəmanlıq tarixini təcəssüm etdirən "Koroğlu” dastanı fərqli və rəqəmsal formatda kitab həvəskarlarının ixtiyarına verilib. Epos səsli formatda işlənib-hazırlanmış Azercell-in "Bookmate” mobil tətbiqinin "Audiobook” ("Audio Kitab”) bölümünə yüklənəcək. Belə ki, "Koroğlu” dastanının 10 qolu tanınmış jurnalist və səyyah-bloqer Azər Qəribin ifasında səsləndirilib, eposun bəzi bəndləri isə gənc bəstəkar və folk-rok ifaçısı Vüsal Rzasoy tərəfindən eksklüziv musiqi nömrələri ilə ifa olunub. Bundan əlavə, bədii illüstrasiyalarla müşayiət edilən "Koroğlu” audiokitabı üçün hazırlanan təsvirlər üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadə və Zəhra Əzimzadə çalışıb.

Nəzərinizə çatdıraq ki, 21 fevral tarixində bloqer Azər Qəribin rəsmi Facebook səhifəsində layihənin eksklüziv təqdimatı baş tutacaq. Layihəni, həmçinin, Azercell-in rəsmi Youtube kanalından da izləmək mümkün olacaq.

Qeyd edək ki, Azercell "Bookmate” mobil tətbiqinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. "Bookmate” məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audio kitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Azercell bu əməkdaşlığın ilk ilindən mobil kitabxananın Azərbaycan dilində olan kontentini zənginləşdirməyi hədəfləyib. İndiyədək Azercell-in təşəbbüsü ilə onlarla əsər elektron və audio kitab versiyada tətbiqə yüklənib. Dahi şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley ilində şairin məşhur qəzəl və rübailəri üç dildə səsləndirilərək "Bookmate” proqramının "Audio Kitab” bölməsinə yüklənilmişdi.

Azercell-in təqdimatında "Koroğlu” audiokitab layihəsi və digər faydalı materiallardan zövq almaq üçün https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html səhifəsi vasitəsilə Bookmate tətbiqinə qoşulma qaydaları barədə ətraflı məlumat əldə etmək olar. Layihəmizin davamını izləyin!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:35 02.03.2021

Türkiyədə toylara bu şərtlərlə icazə veriləcək

19:42 02.03.2021

Şri-Lankada “cin çıxarma” adı ilə doqquz yaşlı qızı ölənə kimi döydülər

19:15 02.03.2021

Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək

18:40 02.03.2021

Qoşulmama Hərəkatında Simulyasiya Məşğələsi – Ceyhun Bayramov çıxış etdi

18:14 02.03.2021

İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

18:10 02.03.2021

Mikayıl Cabbarov: "Bu il dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar 8,8% artıb"

18:04 02.03.2021

Bakıda dələduzluqla məşğul olan “general” azadlığa buraxıldı

17:47 02.03.2021

Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir

17:44 02.03.2021

Sabiq icra başçısının həbs müddəti uzadıldı

17:37 02.03.2021

MN: Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

17:29 02.03.2021

Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb - Məzuniyyətə çıxdı

17:26 02.03.2021

AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək

17:19 02.03.2021

Yeni nazir "Azərpoçt"un baş direktorunu vəzifəsindən azad etdi

17:15 02.03.2021

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

17:14 02.03.2021

Lukaşenko Rusiya ilə Belarusun birləşməsinə qarşı çıxdı

17:04 02.03.2021

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı