"Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət"

"Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət"
SİYASƏT
12:23 07.04.2022
502
2003-cü ildə azad və  demokratik seçki yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev bildirmişdir:  "Artıq Azərbaycanda ölkəmizi inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr çıxır”.

     
Bəli, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyi əsas etibarilə "güclü iqtisadiyyat-güclü dövlət” prinsipinə əsaslanır. İqtisadi diplomatiyanın imkanlarından maksimum istifadə edilməsi də bu prinsipin reallaşdırılmasına xidmət edir. Azərbaycanın sosial-iqtisadi inkişafını sürətləndirmək üçün 2003-cü ildən başlayaraq cənab İlham Əliyev  ilk proqram, fərman və sərəncamlarını vermişdir.

1."Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman.(2003-cü il)
2. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”ı (2004-2008-ci illər). 
3.  "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman.
4. "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” (2005-2025).

       
Dövlət başçısının təsdiq etdiyi bu və digər sənədlər Azərbaycanda yeni inkişaf mərhələsində  makroiqtisadi sabitliyin əsasını qoyaraq, ümummilli lider Heydər Əliyevin iqtisadi strategiyasının dönməzliyini sübut etmişdir. Azərbaycanda neft sektorunun üstün inkişafı, qeyri-neft sektorunun yaranması və inkişafı, dövlət idarəçiliyinin prinsipləri, dövlət nəzarət sisteminin təkmilləşdirilməsi  mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycanda məşğulluq strategiyası, yoxsulluğun azaldılması strategiyası, ərzaq təhlükəsizliyi və aqrar sahədə dövlət siyasəti, regionların iqtisadi inkişafı, sahibkarlığın inkişafı sahəsində görülən ardıcıl işlər öz bəhrəsini verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi illər  tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub; 
   
-  maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir; 
   
 - Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb; 
     
 - iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. 15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də "Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda "Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.

Son illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, yol və nəqliyyat infrastrukturunun sürətlə inkişaf etmiş, su təchizatı məsələləri əsasən öz həllini tapmış,kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülmüş, böyük idman uğurları əldə olunmuşdur.          
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 iyun 2009-cu ildə   Azərbaycan Respublikasının "Təhsil qanunu”nu və 2013-cü il 24 oktyabr tarixli  Sərəncamı ilə Azərbaycan Respublikasında "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etmişdir.  "Təhsil qanunu”  və   Azərbaycan Respublikasında "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”  Azərbaycanda  qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsilin inkişafına xidmət edən sənədlərdir. 

Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkə rəhbərimiz cənab İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub. 
       
 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta¬rixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqla¬rımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Bir ata kimi məndə fəxr edirəm ki, oğlum Əmiraslanlı Araz da müharibənin ilk günlərindən cəbhəyə yollanmışdır. Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək ön cəbhədə göstərdiyi igidliyə görə "Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona Müharibə veteranı statusu verilmişdir.
       
Sonda qeyd etmək istəyirəm ki, işlədiyim 83 saylı məktəb-lisey öz uğurları ilə Bakı şəhərində seçilən məktəblərdən biridir. Məktəbimizin hər bir əməkdaşı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin silahdaşı və məsləkdaşı olaraq  təhsil, təlim və tərbiyə sahəsində qarşımıza qoyduğu hər bir vəzifənin öhdəsindən ləyaqətlə gəlməyə çalışırıq. Yaşasın Azərbaycan Xalqı! Yaşasın Prezidentimiz! 
Akif Teyli, Əməkdar müəllim 

       


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
16:05 08.10.2026
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
16:02 08.10.2026
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
15:47 08.10.2026
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
15:46 08.10.2026
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat