Xamənei 3 min 458 məhkumu əfv edib

Xamənei 3 min 458 məhkumu əfv edib
DÜNYA
18:10 09.09.2025
288
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Məhəmməd Peyğəmbərin və İmam Cəfər ibn Məhəmməd əs-Sadiqin doğum gününün növbəti ili münasibəti ilə 3 458 məhkumu əfv edib və cəzalarının yüngülləşdirilməsinə razılıq verib.

Məlumatı "Mehr" agentliyi yayıb.

Bildirilib ki, İran Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq həmin məhkumların siyahısı xüsusi məhkəmə komitəsi tərəfindən araşdırıldıqdan sonra Məhkəmə hakimiyyətinin başçısı Qulam Hüseyn Möhsüni-Ejei tərəfindən təsdiq üçün ali rəhbərə təqdim edilib.
OXŞAR XƏBƏRLƏR