Xamenei: Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək

Xamenei: Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək
DÜNYA
10:47 31.03.2025
214
İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ölkəsi ilə bağlı son çıxışına münasibət bildirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Xamenei bildirib ki, Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək.
 
"Onlar (ABŞ və İsrail) bizi hədələyirlər. Əgər onlar hər hansı bir pis niyyətlə hərəkət etsələr – bu çox da mümkün deyil – şübhəsiz ki, güclü və qarşılıqlı zərbə alacaqlar”, – Xamenei qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə, İranın misli görünməmiş bombardmana məruz qalacağını bildirib.

OXŞAR XƏBƏRLƏR