Xamenei: Heç bir problem ABŞ-la danışıqlarla həll olunmayacaq

DÜNYA
19:11 07.02.2025
105
ABŞ-la danışıqların İranın problemlərinin həllinə heç bir təsiri yoxdur.

Bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələrinin komandanları ilə görüşündə deyib.

"Elə zənn etməyin ki, o hökumətlə danışıqlar masasına otursaq, hansısa problem həll olunacaq. Xeyr, heç bir problem Amerika ilə danışıqlarla həll olunmayacaq. Niyə? Biz ABŞ və digərləri ilə 2 il danışıqlar apardıq. Razılaşma əldə olundu, lakin ABŞ-nin hazırkı prezidenti buna əməl etmədi və onu parçaladı”, - İranın Ali Rəhbəri vurğulayıb.

Xamenei ABŞ tərəfindən təhdidlərin olacağı təqdirdə, onların cavabsız qalmayacağını bəyan edib.
 
///apa

OXŞAR XƏBƏRLƏR