Xamenei: "İranın nüvə silahına ehtiyacı yoxdur"

Xamenei: "İranın nüvə silahına ehtiyacı yoxdur"
DÜNYA
01:26 24.09.2025
192
İranın Ali Rəhbəri Əli Xamenei ölkənin nüvə silahına ehtiyacı olmadığını və onu istehsal etməyə hazırlaşmadığını bildirib.

O bu sözləri İran xalqına televiziya müraciəti zamanı deyib.

"Nüvə silahı yaratmaq istəyən ölkələr uranın zənginləşdirilməsini 90%-ə qədər artırırlar. Bizə silah lazım olmadığına və nüvə silahından imtina etmək qərarına gəldiyimizə görə o qədər çox artırmadıq. Onu 60%-ə qədər artırdıq ki, bu da ölkəmizin qarşısında duran bəzi vəzifələri həll etmək üçün lazım olan çox yüksək, çox yaxşı bir göstəricidir", - deyə o vurğulayıb.

Xamenei qeyd edib ki, mövcud vəziyyətdə ABŞ ilə danışıqlar İrana heç bir fayda gətirmir:

"İndiki vəziyyətdə ABŞ hökuməti ilə danışıqlar, ilk növbədə, milli maraqlarımıza cavab vermir və heç bir zərərin qarşısını almır", - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR