Xamenei: “İraqdan İrana təhlükəsizlik təhdidləri var”

Xamenei: “İraqdan İrana təhlükəsizlik təhdidləri var”
DÜNYA
12:52 30.11.2022
272

Xamenei İraqdan İrana təhlükəsizlik təhdidlərinin olduğunu deyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran lideri Xamenei paytaxt Tehranda səfərdə olan İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

Görüş zamanı İran lideri Ayətullah Əli Xamenei İraqın bəzi bölgələrindən İrana qarşı təhlükəsizlik təhdidlərinin gəldiyini və bu təhlükələri aradan qaldırmaq üçün İraq mərkəzi hökumətinin bu bölgələrdə səlahiyyətlərini genişləndirməsini istəyib.

Xamenei İranın təhlükəsizliyini pozmağa çalışan istənilən tərəfə qarşı möhkəm dayanacaqlarını bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR