İranın ali lideri Əli Xameneyi İsrailə birbaşa zərbələr endirmək əmrini verib.
AZXEBER.COM xəbər verir ki, məlumatı "The New-York Times" nəşri öz mənbələrinə istinadən yayıb.
Bildirilir ki, müvafiq göstəriş İranda Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq verilib.