Xanım deputat YAP-ın namizədlər siyahısına salınmadı

Xanım deputat YAP-ın namizədlər siyahısına salınmadı
SOSİAL
15:04 17.07.2024
248
Yeni Azərbaycan Partiyası (YAP) indiyə kimi onu parlamenmtdə təmsil edən xanım deputatı yeni namizədlər siyahısına salmayıb.

İndiyədək 111 saylı Zaqatala – Balakən seçki dairəsini Milli Məclisdə təmsil edən Kamilə Əliyeva YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında yer almayıb.

Əvəzində həmin dairədən Vüsalə Yusif qızı Mahmudova deputatlığa namizəd göstərilib.

Qeyd edək ki, Kamilə Əliyeva dördüncü, beşinci, altıncı çağırış Milli Məclisinin deputatı olub.

YAP üzvü olan K.Əliyeva hazırda Bakı Dövlət Universitetinin Genetika və təkamül təlimi kafedrasının müdiridir.
 
///Modern.az
OXŞAR XƏBƏRLƏR