Xanım İsmayılqızının ölən oğlu üçün yazdığı - Şeiri

Xanım İsmayılqızının ölən oğlu üçün yazdığı - Şeiri
ŞOU-BİZNES
11:49 08.07.2014
5711
Susuzluqdan yanıram, Ovcunda su ver içim.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə-bəstəkar Xanım İsmayılqızı oğlu Fəridin qəfil ölümündən sonra düşüncələrini qələmə alıb.
AZXEBER.COM-un məlumatına görə, gənc yaşda övladını itirən sairə xanım Facebook səhifəsində bu sözləri yazıb:
“Şeirlərimi, nəğmələrimi bölüşə-bölüşə sizlərə necə doğmalaşdığımı anladım. Neçə gündür dərdimin içindəyəm. Bu günlərimi mənimlə bölüşərək, yanımda olduğunuza görə, hər birinizə minnətdaram. Kaş ki... Bütün yazılanları oxudum. Gecənin üzünü sizin dualarınızla örtürəm. Çox sağ olun”.
Xanım İsmayılqızı oğlu Fəridə şeir də həsr edib:
“Oğlum”
Susuzluqdan yanıram,
Ovcunda su ver içim.
O suya bir az ürəyini qoy,
Bir az hərarətini çilə,
İçim, dirilim damla-damla,
Gilə-gilə...
Sönsün quraqlıq odum,
Qurtum-qurtum doğulum....
OĞLUM...
Onu da qeyd edək ki, Fərid qəflətən ürək tutmasından dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR