"Xanım müğənnilər imkanlı kişi axtarır, "lotu"lara meyl edirlər - Millət vəkili

"Xanım müğənnilər imkanlı kişi axtarır, "lotu"lara meyl edirlər - Millət vəkili
SOSİAL
14:02 01.11.2017
7686
"Bəzən axtardıqları kişini cinayətkar dəstələrin içərisində tapır və onlarla əlbir fəaliyyət göstərirlər. Nəticədə belə vəziyyətlərə - Fədayə Laçının gününə düşürlər"
 
"Sənət adamları məşhur olduğuna görə, onların hansısa xoşəgəlməz əməlləri tez üzə çıxır. Bu, yalnız Azərbaycanda belə deyil. "Vorzakon” sistemi sovet dövründən qalmadır. Başqa dövlətlərdə cinayət qruplar tamam fərqli kriteriyalarla fəaliyyət göstərirlər. Lakin Azərbaycanda Sovet dövründən qalma sistemə görə, tanınmış şəxslər, vəzifəlilər belə adamlarla əlaqə qururlar".
 
AZXEBER.COM xəbər verir ki, bu barədə "Sherg.az”a müğənni Fədayə Laçının adının kriminal avtoritetlərlə hallanmasından danışarkən millət vəkili Tahir Kərimli deyib. Parlamentari təəssüf hissi ilə qeyd edib ki, sənət adamları, xüsusilə xanım müğənnilər imkanlı kişilər axtarırlar: "Bəzən axtardıqları kişini cinayətkar dəstələrin içərisində tapır və onlarla əlbir fəaliyyət göstərirlər. Nəticədə belə vəziyyətlərə - Fədayə Laçının gününə düşürlər. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra cinayətkar şəbəkəni ölkədən ləğv etdi. Demək olar, bu "vorzakon”ların xırda qalıqları qalıb. Amma biz Rusiya və başqa dövlətlərdə daha çox belə şəbəkələrə rast gəlirik. Onların isə tanınmışlarla daha çox əlaqəsi olur. İstənilən halda belə fəaliyyətlə pislənilməlidir. Düşünürəm ki, burada qarşılıqlı maraq var. "Vorzakon”ların sənət adamları ilə əlaqələri əyləncə axtarışları ilə, müğənnilərin məqsədi isə pul axtarışıdır. Onlar bir növ maddi cəhətdən himayə üçün kriminal aləmə meyl edirlər”. Qeyd edək ki, qatardan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb edilib. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. "Qoca" ləqəbi ilə tanınan Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir. Qaçan məhbuslara köməklik göstərənlər sırasında müğənni Fədaə Laçın da var və hətta bu gün onun "Qoca" ilə videogörüntüsü yayıldı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH