"Xanımların qeybətini edən kişilər ikrah hissi yaradır" - Nura

"Xanımların qeybətini edən kişilər ikrah hissi yaradır" - Nura
MAQAZİN
00:04 14.08.2025
171
"Hər dəfə deyirəm ki, təəcüblənməyəcəyəm heç nəyə yenə də təəcüblənirəm insanların dərrakəsizliyinə, axmaqlığına. Beyin işlətməyən insanlardan zəhləm gedir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Nura Suri sosial media hesabında yazıb.

O, səhnə geyimlərini tənqid edən izləyicilərin təhqir dolu mesajlarına sərt reaksiya verib:

"Deməli, şəkil paylaşmışam səhnə aldığım məkandan.Geyimim səhnə üçün hazırlanıb. Ümumiyyətlə, "facebook"da şəkil, video, klip nadir hallarda paylaşıram, status yazmağa daha çox üstünlük verirəm.

Nə isə, şərhlərdə bir neçə "kişi" (Facebook istifadəçisi) mənə yazılan xoş sözlərə ağızlarına gələni yazırlar. Əvvəlce bir neçəsini sildim, sonra düşündüm ki, qalsın
başqaları da görsün, belələrini tanısın.

Mənim səhnə geyimim onları niyə narahat edir, anlamıram. Kişilərin utanmadan qadınların açıq şəkildə qeybətini etməsi, onların geyimini müzakirə etməsi ikrah
hissi yaradır".

Aysel
OXŞAR XƏBƏRLƏR