"Xanımlığı olmayana xanım deyirsiniz, amma..." - Nadir əsəbiləşdi

"Xanımlığı olmayana xanım deyirsiniz, amma..." - Nadir əsəbiləşdi
MAQAZİN
13:30 19.12.2025
141
"Xanım sözünün "x" hərfinə sahib olmayana xanım deyib başınızın üstünə qaldırırsız. Mən də mənəm, danışmağa ixtiyarım var".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Nadir Qafarzadə "Günə uğurla" verilişində deyib.
 
Sənətçi üzləşdiyi hadisədən danışaraq narazılıq bildirib:
 
"Mənim menecerimə zəng gəldi. Bir kişi idi, dedi ki, "Nadiri toya dəvət etmək istəyirəm". Mənim belə şeylərdən heç xoşum gəlmir. İnsana müraciət forması var. Bəy, müəllim, xanım, xala... və.s. Aldım telefonu dedim ki, "Gəlmirəm sənin toyuna, çünki sən tərbiyəsizsən!.
 
Mən başa düşə bilmirəm ki, bəzən heç bir hörmətə layiq olmayan, adında xanımlığın "x"sı olmayan birinə hörmət edib başınızın üstünə qaldırırsınız. Mən də mənəm, və bunu deməyə ixtiyarım çatır. Mən layiq olmasam belə, bəs sənin danışıq mədəniyyətin hanı? Əgər mən pisəmsə, sən elə et ki, qoy mən səndən utanım. Belə insanların pulu da mənə lazım deyil". 
 
Aysel
OXŞAR XƏBƏRLƏR