Xankəndi erməniləri Sərhəd Buraxılış Məntəqəsindən istifadə etməyə başlayıblar - VİDEO

Xankəndi erməniləri Sərhəd Buraxılış Məntəqəsindən istifadə etməyə başlayıblar - VİDEO
SİYASƏT
22:55 01.05.2023
305
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Laçın-Xankəndi yolununda ölkəmizə məsxus sərhəd buraxılış məntəqəsi quruldu.

Ermənilər həmin məntəqədən keçid edir və azərbaycanlı sərhəçilər onların sənədlərini, maşınlarını yoxlayarq keçidlərinə imkan yaradılır.

"Dövlət Sərhədində buraxılış məntqəsi hazırda tam işlək vəziyyətdədir."

Burada 2 sərhəd nəzarət kabinəsı var ki, kabinələrdən biri ölkəyə daxil olanların, digəri ölkədən çıxanların qeydiyyatını aparır. Kabinəların hər biri kameralarla və lazımi avadanlıqlara təchiz olunub.

Burada sərhədçilərimiz növbəli şəkildə vəzifələrini icra edirlər.
Yeri gəlmişkən, dünən Laçın yolunun girişində quraşdırılan yeni sərhəd keçid məntəqəsindən 11 nəfər istifadə edib. Bu barədə "Caliber" teleqram kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, avtomobillə səkkiz nəfər Xankəndi-Gorus istiqamətində hərəkət edib, üç nəfər isə ölkəmizin ərazisinə daxil olaraq, Xankəndi istiqamətinə gedib. O da vurğulanıb ki, erməni təbliğat-təşviqatının ümidsiz və gülünc cəhdlərinə baxmayaraq, heç bir neqativ hal qeydə alınmayıb.
 

OXŞAR XƏBƏRLƏR