Xankəndi, Xocalı və Xocavəndlə bağlı mühüm - AÇIQLAMA

Xankəndi, Xocalı və Xocavəndlə bağlı mühüm - AÇIQLAMA
SOSİAL
14:35 10.02.2021
4724

Yanvarın 27-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi. Aydın Kərimov bu vəzifəyə kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub. Onun Şuşa şəhərinin yenidən qurulması işinə rəhbərlik edəcəyi bildirilir.

Şuşaya təyin edilən xüsusi nümayəndə Azərbaycanda ilk idi. Bəs bu təsisatın Qarabağın Xankəndi, Xocalı, Xocavənd kimi digər şəhərlərində də yaradılması mümkündürmü?


Bununla əlaqədar Modern.az-a danışan Xocalının deputatı Elman Məmmədov xatırladıb ki, xüsusi nümayəndələr Prezident İlham Əliyevin sərəncamı ilə təyin edilir:


"Prezidentin xüsusi nümayəndəsinin səlahiyyətləri və vəzifələri haqqında Əsasnamə də təsdiq edildi, mətbuatda yayıldı. Bu yüksək səviyyədə təsisatdır və nümayəndələr birbaşa Prezident Administrasiyasının əməkdaşıdırlar, Administrasiya rəhbərinə tabedirlər.

Diqqət etmək lazımdır ki, Prezidentin Şuşaya təyin etdiyi xüsusi nümayəndə  Aydın Kərimov şəhərsalma sahəsi üzrə mütəxəssisdir. Görünür ki, ərazilərimizə təyin edilən xüsusi nümayəndələr bərpa, quruculuq işlərinə nəzarət edə biləcək adamlar olacaq.

Mən hesab edirəm ki, yaxın gələcəkdə Xankəndi, Xocalı, Xocavənddə - işğaldan azad edilmiş digər ərazilərimizdə xüsusi nümayəndələr olacaq”.


Elman Məmmədov xüsusi nümayəndələrin gələcəkdə icra başçısı institutunu əvəz edəcəyi haqqında iddialara da aydınlıq gətirib. Deputat söyləyib ki, hələlik bu iki icra strukturunu qarışdırmaq olmaz:


"Bu gün həmin işğaldan azad edilmiş rayonlarımızın icra başçıları fəaliyyətini davam etdirirlər. Prezidentin xüsusi nümayəndəsi ilə icra başçısını qarışdırmaq olmaz. Hər birinin ayrı vəzifələri və səlahiyyətləri var. Önümüzdəki illərdə hansı idarəetməyə üstünük veriləcək, proseslər necə cərəyan edəcək, bunu gələcək göstərər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb