Xankəndi yolunda aksiya davam edir: Sərbəst hərəkətə heç bir maneə yoxdur

Xankəndi yolunda aksiya davam edir: Sərbəst hərəkətə heç bir maneə yoxdur
SİYASƏT
14:12 26.12.2022
217
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir.

"Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları qətiyyət nümayiş etdirirlər, toplanış yerində etirazçılar yüksək əhvali-ruhiyyədədirlər.

Hazırda ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, "Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, "Ekoloji cinayətə son!”, "Stop ekoterror!”, "Берегите природу!”, "Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdıqları ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

OXŞAR XƏBƏRLƏR