Aksiya keçirən fəallar yeni şüarlar səsləndirərək tələbləri genişləndiriblər - VİDEO

Aksiya keçirən fəallar yeni şüarlar səsləndirərək tələbləri genişləndiriblər - VİDEO
SOSİAL
15:18 15.12.2022
103

Xəbər verdiyimiz kimi, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dörd gündür ki, davam edir.

AZXEBER.COM-un məlumatına görə, Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəalların haqlı tələbləri genişlənib.

Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi səbəbilə aksiya iştirakçıları yeni şüarlar səsləndiriblər.

Şüarlara "Mina terroruna son”, "Ruben Vardanyan, rədd ol!”, "Arayik, rədd ol!”, kimi yeni şüarlar əlavə olunub. Son məlumata görə, bu dəqiqədən etibarən Şuşa-Xankəndi yolundakı aksiya yeni mərhələyə qədəm qoyub.

Qeyd edək ki, "Azxeber.com" portalının baş direktoru Əfsələddin Ağalarov və baş redaktor Hacıbəy Heydərli artıq 3 gündür ki, etiraz aksiyalarından ən son məlumatları çatdıraraq mütamadi olaraq canlı yayımlar açır, ərazidən reportajlar hazırlayırlar.

Hadisə yerindən ən son məlumatları təqdim edirik:

Ayşən


OXŞAR XƏBƏRLƏR