Xankəndidə 5 avtomat, 8 qumbara aşkarlandı

Xankəndidə 5 avtomat, 8 qumbara aşkarlandı
SOSİAL
15:46 24.02.2024
134
Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 23-də Xankəndi şəhəri ərazisində 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 8 ədəd qumbara, 28 patron darağı, 705 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
OXŞAR XƏBƏRLƏR